Sertifikatlarımız

“A AGRO” MMC 2011 – ci ilin ikinci yarımilliyindən başlayaraq, istehsalat sahəsində tədbiq elədiyi Risklərin Təhlili və Kritik Nəzarət Nöqtələri (HACCP) prinsipləri və Qida Məhsulları Təhlükəsizliyinin İdarəolunması Sistemi üzrə standartın tələblərinə uyğunluğuna dair özünüqiymətləndirmə porsesini həyat keçirmək məqsədi ilə, İSO 22000:2005 standartın tələblərinə uyğunluğu üzrə sertifikatlaşdırma auditi keçirilməsi üçün, 2011–ci il 17–18 noyabr tarixində “SGS” sertifikatlaşdırma şirkətinin auditorlarını dəvət etmişdir .

Sertifikatlaşdırma auditin müsbət nəticələrinə uyğun olaraq, “A AGRO” MMC şirkəti 01 dekabr 2011 il tarixində “meyvə və tərəvəzlərin emalı və çatdırılması“ sahəsi üzrə İSO 22000:2005 standartı sertifikatına layiq görülmüşdür və bununla istehsal etdiyi məhsullarda həm yerli, həm də beynəlxalq səviyyədə yüksək keyfiyyətin və tam təhlükəsizliyin təmin olunması istiqamətində ilk uğurlarına imza atmışdır.

“A AGRO” MMC istehsal etdiyi məhsulların yüksək keyfiyyətinə dair yeni nailiyyətlərin, qida təhlükəsizliyinin təmin olunması sahəsində yeni uğurların, inkişafı və təkmilləşməni, ekoloji təmiz, keyfiyyətli və təhlükəsiz məhsullarımızın xarici bazarlara çıxarılmasını, müştərilərin və istehlakçıların məmnunluq səviyyəsinin yüksəldilməsini öz qarşısına hədəf qoyaraq istehsalat sahəsində tədbiq elədiyi yeni standartların tələblərinə uyğunluğu üzrə özünüqiymətləndirmə aparmaq məqsədi ilə, əsas baza hissəsi HACCP prinsipləri, İSO 22000:2005ISO/TS 22002-1 standartları əsasında hazırlanan, tərtib olunan və beynəlxalq Qlobal Qida Təhlükəsizliyi İnisiativi (GFSİ) təşkilatı tərəfindən təsdiqlənmiş və qəbul olunmuş Qida Məhsullarının Təhlükəsizliyinin İdarəolunması Sisteminin Sertifikatlaşdırılması, yəni FSSC 22000 standartının tələblərinə uyğunluğu üzrə sertifikatlaşdırma auditi keçirilməsi üçün, 2014–cü il 05–06 noyabr tarixində “ SGS ” sertifikatlaşdırma şirkətinin səriştəli və səlahiyyətli auditorlarını dəvət etmişdir.

Sertifikatlaşdırma auditin nəticələri müəssisəmiz üçün çox uğurlu olduğundan və beynəlxalq professional auditorlar tərəfindən layiqincə qiymətləndirildikdən sonra 08 yanvar 2015 il tarixində, Azərbaycanda “meyvə və tərəvəzlərin emalı“ sahəsi üzrə ilk olaraq təşkilatımız “A AGRO” MMC FSSC 22000 (İSO 22000:2005 və İSO/TS 22002–1) standartı sertifikatına layiq görülmüşdür.