Biz yetişdiririk

Bizim təşkilat botanik kahıların və tərəvəzlərin yetişdirilməsində, kahı və tərəvəzlərdən ibarət hazır məhsulların istehsalı və satışında ən böyük şirkətlərdən biridir. Şirkət bu sahədə nəinki Azərbaycanda, eləcədə bütün Qafqazda  liderdir. “AAGRO” MMC-nin Abşerondakı ərazilərinin sahəsi 30.000 kv.m.-dir. Onlardan 1100 kv.m. istehsalat ərazisi, 900 kv.m. yardımçı binalar və tikililər, 28.000 kv.m. sahə isə kənd təsərrüfatı məhsullarının, əsasən də - Aysberq, Kos-Romen, Batavia, Lollo-Rosso, Rukkola, Manqold, Frize, Endiviy, Radiçio və başqa botanik kahı növlərinin və sortlarının yetişdirilməsi üçün istifadə olunur. Şirkət Azərbaycan regionlarında da, keyfiyyət təhlükəsizliyi və yoxlanması məqsədi kahı növlərinin , tərəvəz və meyvələrin ciddi nəzarət altında yetişdirildiyi  sahələrə malikdir.